Azərbaycan müdafiə naziri Aİ xüsusi münayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
05 fevral, 2013 22:43
Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev çərşənbə axşamı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri, regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.