Xəbərlər

TQDK-nın "Tələbə-məzun" sistemi fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınıb
05 fevral, 2013 22:41

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaratdığı "Tələbə-məzun" dövlət elektron məlumat sistemi fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınıb.

Komissiyadan çərşənbə axşamı verilən məlumata görə, Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın icrasını təmin etmək məqsədilə TQDK administratoru olduğu "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin qeydiyyata alınması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib. Sistem fevralın 4-də dövlət qeydiyyatına alınıb və sistem haqqında məlumat dövlət reyestinə əlavə edilib (https://governmentsregistry.ehdis.az/AcceptedFormPrivate.aspx).

Qeyd edək ki, "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin Əsasnaməsi Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli fərmanı ilə təsdiq edilib. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin Prezident Administrasiyası, Milli Məclisinin Aparatı, Nazirlər Kabineti, Baş Prokurorluq, Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə, Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.