Xəbərlər

Mübariz Əhmədoğlu: Sarkisyan "Dağlıq Qarabağ xalqı"nın mövcud olduğunu sübut etməlidir
05 fevral, 2013 22:40

 

Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ ermənilərini ayrıca etnos hesab etməsi onun savadsızlığından irəli gəlir.Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu 2013-cü ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Mərkəzin sədri qeyd edib ki, Ermənistan Prezidenti Serj Sarkisyan dəfələrlə daban-dabana zidd bəyanatlar verib. Belə ki, Dağlıq Qarabağ azərbaycanlılarının Ağdam rayonunun bir kəndindən digər kəndinə getməsinə qadağa qoyan Sarkisyan Avropada sərbəst yerdəyişmə hüququnun prioritetliyindən danışır. Digər tərəfdən, strateji müttəfiq deyə-deyə Rusiyanı Ermənistanda prezidentliyə namizədlərdən birinə sui-qəsdin təşkilində ittiham edir. Bundan əlavə, Sarkisyan doğulduğu yerlə də manipulyasiya edir. Özünü Qarabağ ermənisi kimi təqdim edən Sarkisyan Ermənistanda "yerevanlı-qarabağlı" ədavəti qızışan kimi doğum yeri olaraq Ermənistanın Mehri rayonunu göstərir. Onun Dağlıq Qarabağ xalqı haqqında dediyi fikirlər də bu konktekstdən qəbul edilməlidir.

"Dünyanın heç bir yerində "Dağlıq Qarabağ xalqı" adlı xalqın mövcudluğu qəbul edilməyib. Çünki yoxdur. Serj Sarkisyan "Dağlıq Qarabağ xalqı"nın mövcud olduğunu sübut etməlidir. "Dağlıq Qarabağ xalqı"nın antropoloji, etnik mövcudluğuna və ya xüsusiyyətlərinə dair heç vaxt, heç bir yerdə elmi-nəzəri və ya elmi-praktiki konfrans keçirilməyib", - politoloq bildirib.

Əhmədoğlu qeyd edib ki, Fransada yaşayan ermənilər fransız danışığına uyğunlaşıblar, ərəb ölkələrindəki ermənilərin ləhcələrində ərəb dilinin təsiri aşkar hiss olunur, ABŞ erməniləri barədə də eyni fikirləri səsləndirmək olar. Dağlıq Qarabağ erməniləri vaxtilə İranda yaşayıb və Dağlıq Qarabağa Rusiya imperiyası tərəfindən köçürülən ermənilərdən törəyənlərdir. Dağlıq Qarabağ ermənilərinin danışığındakı ləhcə fərqi də İrandakı fars və ya azərbaycanlılarla təmasdan irəli gəlir. Sarkisyan eyni uğurla Fransadakı, ərəb dövlətlərindəki erməniləri də ayrıca bir xalq kimi təqdim edə bilər.

"Qərbi erməni dili ilə Ermənistan əhalisinin istifadə etdiyi dillər arasında fərq 80%-ə çatır. Rəsmi Yerevan lazımi materialları rəsmi erməni dilindən qərbi erməni dilinə çevirən proqramlar reallaşdırır. Bu fərqə baxmayaraq, ermənilər şərqi ermənilərlə (Ermənistan əhalisi və MDB-dəki ermənilər) qərbi erməniləri (Osmanlı imperiyasının tərkibindən çıxmış) eyni millət hesab edirlər. Dağlıq Qarabağ ermənilərinin istifadə etdiyi erməni dili ilə rəsmi erməni dili arasında fərq 15-20%-dir. Sarkisyan bu halda da Dağlıq Qarabağ ermənilərini ayrıca etnos hesab edir. Ermənistan Prezidentinin xoşbəxtliyi ondadır ki, beynəlxalq aləm onu savadsız kimi qəbul edir və ciddi əhəmiyyət vermir. Sarkisyana ciddi əhəmiyyət versəydilər, onu heç bir dövlət başçısı yaxına buraxmazdı", - mərkəzin sədri əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.