Xəbərlər

Əli Həsənov: Bir insanın milli hissi yoxdursa, onda bəşəri hiss ola bilməz
05 fevral, 2013 22:37

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yazıçı Əkrəm Əylislinin "Daş yuxular" əsərinə münasibət bildirib.

"Bir insanın milli hissi yoxdursa, onda bəşəri hiss ola bilməz. Bir şəxsdə vətəndaş məsuliyyəti kasaddırsa, onda bəşəri məsuliyyətin olması mümkün deyil. Başqa bir xalqa yarınmaq, özünü bəşəri hisslərin daşıyıcısı kimi göstərmək məqsədilə öz xalqına böhtan atmaq nə deməkdir?" - Bunu Əli Həsənov Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayında çıxışı zamanı deyib.

Həsənov bildirib ki, bu gün həmin mənfur dövlətin mərkəzi şəhəri olan İrəvanda nə qədər türk, müsəlman yaşayıb.

"İrəvan əhalisinin 90 faizi azərbaycanlılar olub. Əsrin əvvəllərində bir fransız rəssamın çəkdiyi tabloya baxarkən orada çoxlu sayda məscidlərin olduğunu görmək olur. Bunların hamısı Azərbaycan məscidləri idi. Bu qədər məscidi olan bir şəhər nə zamandan orta əsr erməni torpağı ola bilərdi? Minlərlə azərbaycanlını qətlə yetirən, Azərbaycan torpağını işğal edən, Xocalı soyqırımını törədən erməni gəncini bəşəri hisslərin müdafiəçisi, öz millətinin nümayəndəsini isə cılız xislətli, qatil bir şəxs kimi təqdim edir", - Həsənov əlavə edib.

PA rəsmisi sual edib ki, bu insanın əməlinə hansı şəkildə haqq qazandırmaq olar?

"Belə insanlara Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik, milli mənsubiyyəti olmayan bir şəxsin bəşəri hisslərdən danışmağa haqqı yoxdur. Biz tolerant xalqıq, əlbəttə, onu daş-qalaq etməməliyik. Çünki belələrini çox görmüşük. Orxan Pamuk bir cümləyə - "erməni soyqırımını türklər tanımalıdır" fikrinə görə öz millətinin qınağına çevrildi və tərki-vətən olundu. Niyə? Bir mükafat almaqdan ötrü. Səndən xalqın və millətin imtina edirsə, o mükafatı almağa dəyərmi? Bir insanın milli hissindən yüksək heç nə ola bilməz. Bu gün Azərbaycana internet vasitəsilə meydan oxumaq istəyən neçə-neçə dırnaqarası jurnalistlər, yazıçılar, siyasətçilər, sizcə, Əkrəm Əylisliyə niyə belə müsbət münasibət sərgiləyirlər? Düşünürlər ki, bəlkə gələcəkdə hakimiyyətə gəlmək üçün bu fikirlərinə görə onlara kimsə kömək edəcək. Ayıb olsun belələrinə", - Həsənov çıxışında deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.