Xəbərlər

Səttar Mehbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçildi
05 fevral, 2013 22:31

 

Bu gün Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayı keçirilib. Qurultayda bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqlarının, o cümlədən Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda həmkarlar ittifaqlarının əhəmiyyəti vurğulanıb və fəaliyyətinin daha da genişlənməsinin zəruriliyi qeyd olunub.

Sonra AHİK səd­ri, millət vəkili Səttar Mehbalıyev qurultayda hesabat məruzəsi ilə çıxış edib, AHİK-in son 5 ildə gördüyü işlər barədə ətraflı məlumat verib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında bildirib ki, sevindirici haldır ki, bu gün Azərbaycan vətəndaşlarının əsas təməlini yaradan həmkarlar üzvləri növbəti prezident seçkilərinə cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürdü.

"Bunun nə demək olduğunu burada iştirak edən xarici qonaqlarımız bilir. Bildiyiniz kimi, bütün ölkələrin həmkarlar təşkilatları fəaliyyət xarakterinə görə hökumətə rəqib olur. Amma bir ölkənin həmkarları həmin ölkənin hakimiyyət təmsilçisini, birinci şəxsini prezidentliyə namizəd irəli sürürsə, bu, artıq cəmiyyətdəki həmrəyliyin xüsusi göstəricisidir. Bu, dövlət ilə ictimai qurumlar arasında birliyin göstəricisidir", - Həsənov deyib.

Qurultayın gündəliyinə AHİK-in Təftiş Komissiyasının hesabatı, Konfederasiyanın Nizamnaməsində əlavə və dəyişikliklər, fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsi, təşkilati məsələlər daxil edilib.

Qurultay zamanı keçirilən səsvermə nəticəsində Səttar Mehbalıyev yenidən növbəti 5 ilə AHİK-in sədri seçilib.

Sonda qurultay iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.