Xəbərlər

Azərbaycanın səhiyyə naziri Ümumdünya Səhiyyə Təşkilatının sessiyasında iştirak edib
05 fevral, 2013 22:28

 

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev İsveçrənin Cenevrə şəhərində keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyasında iştirak edib. Cərşənbə axşamı Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin iclası təşkil olunub. Tədbirdə Avropa Regionunda İcraiyyə Komitəsində iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə 132-ci sessiyanın gündəliyi, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələləri müzakirə olunub. Sessiyanın gündəliyinə ÜST-nin baş direktoru Marqaret Çanın hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, İcraiyyə Komitəsinin Büdcə, Proqram və İnzibati Komissiyasının hesabatı, ÜST islahatlarının keçirilməsi, Amerika Regional Bürosu direktorunun təqdimatı, səhiyyədə texniki məsələlər, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, psixi sağlamlığın qorunması, sağlam qidalanma, Beynəlxalq Səhiyyə Qaydaları, Minilliyin İnkişaf Məqsədləri və qazanılan nəticələr, əlillik və həssas qrupların sosial həyata qaytarılması, sağlam həyat tərzinin təşviqi, poliomielitə qarşı mübarizə, səhiyyənin sosial determinantları, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, ÜST təşkilatında idarəçilik, unudulmuş tropik xəstəliklərə qarşı mübarizə, dərman vasitələrinin səmərəli istifadəsi və saxta dərmanların qeyri-qanuni istehsalı haqqında işçi qrupunun hesabatı və s. məsələlər daxil edilib.

Tədbir çərçivəsində ÜST-nin baş direktoru, Avropa Regional Bürosunun direktoru, habelə komitəyə üzv ölkələrdən Litva, Norveç, Çin və Özbəkistanın səhiyyə rəsmiləri ilə görüşlər keçirilib və Avropa Regional Bürosu rəhbərliyi ilə ikiillik anlaşma memorandumu imzalanıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.