Xəbərlər

Azərbaycanda böyük məbləğli nəzirlər, ianələr və qrantların rəsmiləşdirilməsi məcburi olacaq
05 fevral, 2013 22:23

 

Azərbaycanda böyük məbləğli nəzirlər, ianələr və qrantların rəsmiləşdirilməsi məcburi olacaq.

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə  bildirib ki, fevralın 6-da komitənin iclasında bununla bağlı "Dini etiqad azadlığı haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında" qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunacaq.

Deputat bildirib ki, qanunvericiliyə təklif olunan dəyişikliyə görə, ianə və qrantın hesabatını verməyən hüquqi və vəzifəli şəxslər cərimələnə bilərlər.

Qənizadənin təkliflərinə görə, QHT-lər, fondlar, ictimai təşkilatlar Maliyyə Nazirliyinə hesabat verməlidir, hesabat verməyənlər isə inzibati məsuliyyətə cəlb olunmalıdır.

Qanunlara dəyişikliklər dini qurumlara, fondlara edilən yardımların şəffaflığının təmin olunması, həmin yardımların mənbəyinin göstərilməsinə yönələcək.

"Dini etiqad azadlığı haqqında" qanuna təklif olunan dəyişiklik nəzir qutularına da şamil edilə bilər. Belə ki, nəzir böyük miqdarda olarsa, rəsmiləşməsi vacib olacaq. Belə ki, dövlət qeydiyyatından keçmiş dini quruma edilən böyük məbləğdə yardım rəsmi qəbzlə mədaxil olunmalı və sonra həmin məbləğin hara yönəldildiyi maliyyə hesabatında göstərilməlidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.