Türkiyə müxalifəti hökuməti Azərbaycan torpaqlarının azad edilməsi üçün fəallığa çağırır
05 fevral, 2013 22:15
Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyası Yalova vilayətində Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə qarşı, eləcə də Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolunu aktivləşdirməsi üçün imzatoplama kampaniyası keçirir. Bu barədə çərşənbə axşamı "Yalovamiz" onlayn qəzeti xəbər yayıb.
Qəzetin məlumatına görə, imzaların olduğu sənəd Ağ Evə və BMT-yə göndəriləcək.