ARDNŞ səmt qazlarının 100 faiz toplanmasına nail olmaq niyyətindədir
04 fevral, 2013 22:18
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 1-2 il ərzində müstəqil işlədiyi yerli yataqlarda səmt qazlarının toplanmasını 100 faizə çatdırmaq niyyətindədir. bu barədə bazar ertəsi ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda səmt qazlarının 97 faizi utilizasiya edilir və istehlakçılara çatdırılır, qalan 3 faiz isə yandırılır.
"Əgər 2011-ci ildə təkcə ARDNŞ-nin yerli yataqlarından ("Azəriqaz" İB-nin, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və s.-in tullantıları daxil deyil) səmt qazlarının tullantılarının həcmi 436 milyon kubmetr təşkil edirdisə, hazırda bu həcm 126 milyon kubmetrədək azalıb", - Hüseynzadə qeyd edib.