Xəbərlər

"Bank of Baku" "Bolkart" istifadəçiləri üçün yeni nağd pul kampaniyasına start verir
04 fevral, 2013 21:35

 

"Bank of Baku" fəaliyyətinin 19 illiyi münasibətilə "Bolkart" istifadəçiləri üçün yeni nağd pul kampaniyasına start verir.

Bankdan verilən məlumata görə, 4-14 fevral 2013-cü il tarixləri arasında hər "Bolkart" sahibi kartından pul çıxara bilər. Kartlarını nağdlaşdıranlar 3 ay möhlət müddəti, yəni mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı isə 4%-dir. 10 maydan sonra ödənilməmiş qalıq məbləğə görə aylıq 2,5% tutulacaq. Ticarət mərkəzlərində və bankın filiallarında verilən 500 manat hazır limitli "Bolkart"larda nağdlaşdırma mümkün deyil.

Yeni nağdlaşdırma kampaniyası "Bolkart"ın əhalinin daha geniş təbəqələri arasında yayılması strategiyasının yeni bir mərhələyə qədəm qoyduğu dövrə təsadüf edir. Belə ki, bu günlərdə kartın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin toplam sayı artıq 500-ü aşıb. "Bolkart"a malik şəxslərin sayı isə 55.000-ə yaxınlaşıb. Müştərilərin müxtəlif çeşidli və daha böyük məbləğdə alış-veriş etməsinə şərait yaratmaq üçün bu günlərdə "Bolkart"ın maksimal balansı 3.000 manatdan 5.000 manata qədər artırılıb. Eyni zamanda, artıq arayışsız "Bolkart"ı təkcə ticarət mərkəzlərindəki "Bank of Baku"nun xüsusi məntəqələrindən yox, habelə bankın bütün filiallarından əldə etmək mümkün olacaq.

"Bolkart"ı həm onlayn rejimdə (http://www.bolkart.az), həm də "Bank of Baku"nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar. "Bolkart" tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. "Bolkart"dan "Bank of Baku" ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.