Xəbərlər

Avropalı deputat Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı qınayır
04 fevral, 2013 21:29

 

Avropa Parlamentinin üzvü Kristiina Ojulan Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayır. bunu parliametari Ermənistanın Xocalı aeroportu barədə planlarına dair sualı cavablandırarkən deyib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

"Azərbaycan ərazisi olan və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda Xocalı aeroportunun yenidən açılmasına dair atılan hər bir addımı ciddi şəkildə qınayıram", - Kristiina Ojulan deyib.

O qeyd edib ki, bu hərəkət, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi ziyan vurmaqla bərabər, beynəlxalq hüququ, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və Çikaqo Konvensiyasını pozacaqdır.

"Xocalı aeroportunun yenidən açılışının ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən sülh danışıqlarına olduqca mənfi təsiri olacaqdır. Bundan əlavə, Ermənistan rəhbərliyinin məsuliyyətsiz təşəbbüsü AB-nin, bütövlükdə sülh prosesində etdiyi cəhdlərinə hörmətsizlik kimi qəbul edilə bilər", - deyə Kristiina Ojulan vurğulayıb.

O qeyd edib ki, bu planın 1992-ci ildə baş vermiş Xocalı faciəsi ilə bağlı simvolizmi nəzərə alsaq, bu cür hərəkət, hətta daha sonra bütün regionda gərginliyin artmasına gətirib çıxaracaqdır.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.