Xəbərlər

İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibini qəbul edib
04 fevral, 2013 20:54

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayberi qəbul edib.

Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayber Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Ölkəmizlə yaxından tanış olduqlarını deyən Frants Şrayber Qəbələdəki idman kompleksinə getdiklərini və Bakıda bir sıra idman obyektlərinə baş çəkəcəklərini vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqətin önəmini qeyd etdi.

Frants Şrayber 2014-cü ildə Atıcılıq Federasiyasının stend atıcılığı üzrə dünya kubokunun finalının Azərbaycanda təşkil olunacağını, 2015-ci ildə isə dünya kubokunun stend atıcılığı üzrə mərhələ yarışlarının ölkəmizdə keçiriləcəyini qeyd edərək Federasiya üçün böyük əhəmiyyət daşıyan bu tədbirlərə Azərbaycanın ev sahibliyi etməsini ölkəmizin beynəlxalq idman əməkdaşlığı sahəsində yeni uğuru kimi dəyərləndirdi.

Dövlətimizin başçısı ölkəmizdə idmanın müxtəlif növlərinin sürətlə inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığının önəmini qeyd etdi. Azərbaycanın müxtəlif beynəlxalq idman yarışlarının keçirilməsinə hazır olduğunu bildirən Prezident İlham Əliyev artıq bir sıra dünya kuboklarının, Avropa çempionatlarının ölkəmizdə təşkil olunduğunu, 2015-ci ildə isə ilk Avropa Oyunlarına respublikamızın ev sahibliyi edəcəyini Azərbaycanda idmanın inkişafına yaradılan yüksək şəraitin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı bu cür beynəlxalq yarışların gələcəkdə də uğurla keçiriləcəyinə ümidvar olduğunu vurğuladı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.