Xəbərlər

Azərbaycan cüdoçuları Qitə Kubokunda komanda hesabı ilə ilk pillədə qərarlaşıb
04 fevral, 2013 20:43

 

Tbilisidə keçirilən cüdo üzrə Qitə Kubokuna 23 nəfərlik cüdoçu ilə yollanan Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medulla komanda hesabı ilə ilk pillədə qərarlaşıb.

Azərbaycan Cüdo Federasiyasından  verilən məlumata görə, yarşın birinci günü Azərbaycan cüdoçusu Hüseyn Rəhimli (73 kq) bürünc medala sahib olub. 81 kq-dək kateqoriyada Tural Safquliyev ikinci dövrədə gürcüstanlı Yason Çilindrişvili ilə qarşılaşıbvə ona ipponla qalib gəlib.

Dörddə bir finalda Tural, ukraynadan Sergey Qonçuk və macar idmançısı Milan Kollerə qalib gəlmiş komanda yoldaşı Məmmədəli Mehdiyevləgörüşüb.

Çudoçularımızın qarşılaşması Tural Safquliyevin qələbəsi ilə bitib və beləliklə o, yarımfinala çıxıb. Burada İsrail cüdoçusu Asaf Çenə xal hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Finaldakı rəqibi yaponiyalı Takanori Naqaseyi ipponla məğlub edən cüdoçumuz Tural Safquliyev özünün favorit statusunu təstiqləyib.

Bürünc medal uğrunda mübarizəni davam etdirən Məmmədəli Mehdiyev ilk qarşılaşmada erməni Mqer Karapetyanı, daha sonra isə rusiyalı Arsen Prşmaxovu məğlub edərək üçüncülükdə qərarlaşıb.

Həmçinin 90 kq-dək olan çəkidə çüdoçumuz Şahin Qəhrəmanov rusiyalı Dmitrli Renevi və gürcü Zviyad Qoqoçurini məğlub edərək dörddəbir finalda Ukraynadan olan Stanislav Retinskiylə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Şahin yarımfinalda tataminin sahibi Paşa Tavelurini də məğlub edib.

Beləliklə, finalda Azərbaycan cüdoçuları Şexmad Maqomedov və Şahin Qəhrəmanov birincilik uğrunda mübarizə aparıb və müvafiq olaraq 1-ci və 2-ci yerləri öz aralarında bölüşdürüblər.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.