Xəbərlər

TQDK 150 minə yaxin nəzarətçi-müəllim üçün seminarlar keçirəcək
04 fevral, 2013 20:28

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün keçirəcəyi imtahanlara hazıqlıq məqsədilə 150 minə yaxin nəzarətçi müəllim üçün seminarlar keçirməyi nəzərdə tutur.

Komissiyadan bazar ertəsi verilən məlumata görə, nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 23-dən seminar-məşğələlərin keçirilməsinə başlanılıb. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

Martın 5-dək davam edəcək bu seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar- məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir.

Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir. Seminar-məşğələlərdə iştirak edən müəllimlər, xüsusilə ilk dəfə cəlb olunan nəzarətçilər TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.