Xəbərlər

Azad Rəhimov: Gənclər Fondunun fəaliyyətinin genişləndirilməsi gənclərin yeni uğurlara imza atmasına stimul verəcək
03 fevral, 2013 00:22

 

Bu il gənclərin müasir dünya ilə ayaqlaşa biləcək layihələri Gənclər və İdman nazirliyi tərəfindən dəstəklənəcək, bunu şənbə günü jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Gənclər Fondunun fəaliyyətinin genişləndirilməsi, ayrılan vəsaitin artırılması gənclərin yeni uğurlara imza atmasına stimul verəcək.

"Ötən il təkcə Gənclər Fondunun dəstəyi ilə 117 layihə həyata keçirilib, proqramlara ayrılan vəsaitin məbləği isə 1 milyon 950 min manat olub. Bu il cənab Prezidentin təşəbbüsü ilə Gənclər Fonduna 5 milyon manat ayrılıb. Qəbul olunan layihələrə artıq 2 milyon manat ayrılıb" Rəhimov bildirib.

Rəhimov həmçinin deyib ki, bu il prezident seçkisi ili olduğundan, gənclərimiz daha fəal olacaq, seçkidə aktiv iştirak edəcəklər.

Nazir gənclərin işsizlik problemi ilə bağlı suala cavab verərkən deyib ki, gündən- günə gənclərin işsizlik problemi həll olunur, yeni iş yerləri açılır.

Rəhimovun sözlərinə görə, Gənclər və İdman Nazirliyi bu məsələ ilə bağlı yeni layihələr həyata keçirəcək.

"Azərbaycanın istedadlı gənclərinin, ümumiyyətlə gənclərin peşə fəaliyyətinin genişləndirilməsi, aktiv həyata cəlb olunması üçün dövlət bir sıra mühüm layihələr həyata keçirir. Gənclərin işləməsi üçün müəssisələr çoxdur. Burada gənclərin üzərinə düşən əsas vəzifə fəaliyyət göstərəcəkləri istiqamətləri üzrə savadlarının olmasıdır. Gənclərimiz müasir texnologiyalara diqqət ayırmalı və bu sahədə yeni-yeni biliklərə yiyələnməlidirlər. Düşünürəm ki, Azərbaycanda inkişaf etmək üçün imkanar genişdir, sadəcə insanların özündən çox şey asılıdır" Rəhimov bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.