Yaponiyanın şimalındakı Hokkaydo adasında 6,5 bal gücündə zəlzələ baş vermişdir
03 fevral, 2013 22:38
Fevralın 2-də Yaponiyanın şimalındakı Hokkaydo adasında 6,5 bal gücündə zəlzələ baş vermişdir. Yeraltı təkanlar nəticəsində 12 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı və binalara ziyan dəydiyi bildirilir.
Hokkaydo prefekturasının rəhbərliyinin yaydığı məlumatda qeyd edilmişdir ki, xəsarət almış insanların həyatı üçün heç bir təhlükə yoxdur.
Zəlzələnin episentri prefekturanın Kuşiro şəhəri yaxınlığında, ocağı 96 kilometr dərinlikdə yerləşmişdir.
Kusiro şəhərində yeraltı təkanların Yaponiyanın 7 ballıq seysmik cədvəli üzrə 5 balı keçdiyi bildirilir.
Prefekturanın bəzi rayonlarında elektrik təminatında problemlər yaransa da, bu, qısa vaxt ərzində aradan qaldırılmışdır.