Xəbərlər

Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının 20 illik yubileyinə həsr edilmiş tədbirdə Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdur
03 fevral, 2013 22:36

 Yaponiyanın paytaxtı Tokionun mərkəzində yerləşən Mequro rayonunun Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının (MİFA) 20 illik yubileyinə həsr edilmiş tədbirdə Azərbaycan da yüksək səviyyədə təmsil olunmuşdur.
Əvvəlcə MİFA-nın baş direktoru xanım Reyko Kato, Mequro rayonun meri Eici Aoki və rayon parlamentinin sədri Yoşiaki İto tədbir iştirakçılarını salamlamışlar. Bildirilmişdir ki, artıq 20 ildir fəaliyyət göstərən MİFA rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin qurulmasında, onların yapon mədəniyyətini, adət-ənənələrini, dilini öyrənməsində mühüm rol oynayır. 
Sonra tədbir iştirakçıları rayon ərazisində yerləşən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Polşa, Nepal, Sudan, Cibuti və Kenya səfirlikləri tərəfindən hazırlanmış sərgi ilə tanış olmuşlar. 
Azərbaycan səfirliyinin hazırladığı sərgidə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş müxtəlif ədəbiyyat, “İRS” jurnalının nömrələri, Bakı mənzərələrinin əks olunduğu rəsm əsərləri, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilmişdir. 
Azərbaycanın milli mətbəxinin ləziz yeməkləri – dolma, toyuq ləvəngisi, közləmə, ayran, şəkərbura və paxlava tədbirdə iştirak edən həm yaponlar, həm də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır. 
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Mequro rayonunun meri E.Aoki, parlamentin sədri Y.İto və MİFA-nın baş direktoru xanım R.Katoya Azərbaycan sərgisi barədə ətraflı məlumat vermişdir. Qonaqlar sərginin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd etmişlər. Azərbaycan mətbəxinin nümunələrini həvəslə dadan qonaqlar təqdim edilən yeməklərin çox tamlı olduğunu vurğulamışlar. Tədbirdə səfirliyin birinci katibi Nərminə Aslanova “Azərbaycan – Odlar yurdu” adlı təqdimatla çıxış etmişdir.
Təqdimatda Azərbaycanın son illər qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ilin fevralında, Prezident İlham Əliyevin 2006-cı ilin martında Yaponiyaya rəsmi səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rolu xüsusi vurğulanmışdır.
Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr, son illərdə əldə olunmuş nailiyyətlər barədə ətraflı danışılmışdır. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi qeyd olunmuşdur. Azərbaycanda aparılan geniş quruculuq işlərindən, böyük infrastruktur layihələrindən danışan N.Aslanova ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən müxtəlif tədbirlər barədə də ətraflı məlumat vermişdir.
Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələr haqqında geniş danışılmışdır. 
Tədbirdə Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, mətbəxini, rəqslərini, xalçalarını və turizm potensialını əks etdirən slaydlar nümayiş etdirilmişdir. 
Ölkəmizin son illər müxtəlif beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyi, 2012-ci ildə Bakının möhtəşəm “Eurovision” musiqi yarışmasına yüksək səviyyədə ev sahibliyi etdiyi iştirakçıların diqqətinə çatdırılmışdır.
 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.