Xəbərlər

Qubadlılılar Gənclər Gününü qeyd etmişlər
03 fevral, 2013 22:34

2 fevral – Gənclər Günü münasibətilə Qubadlı Rayon İcra Hakimiyyətində gənclərlə görüş olmuşdur., görüşdə tələbələr, idmançılar, dövlət və özəl sektorda işləyən, əlil, şəhid ailəsi üzvü olan gənclər iştirak etmişlər.
Tədbiri açan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirmişdir ki, Azərbaycan bu gün iqtisadi və sosial inkişafına, siyasi sabitliyə və artan nüfuzuna görə dünya ölkələri arasında önəmli yer tutur. Artıq Azərbaycanın səsi dünyanın beynəlxalq təşkilatlarında eşidilir. Ölkəmiz artıq nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin məntiqi nəticəsidir. 
Vurğulanmışdır ki, gəncliyə diqqət və qayğı ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin daim diqqət mərkəzində olmuşdur. Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli lider gəncliyin milli dəyərlərə hörmət və ehtiram ruhunda tərbiyə edilməsi, onların savadlı və bilikli olması, gənclərdə sağlam və fəal həyat tərzinin formalaşdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Azərbaycanda Gənclər Günün təsis edilməsi, Azərbaycan gənclərinin forumunun keçirilməsi və s. də məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 
Bildirilmişdir ki, hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gənci özünü xoşbəxt hesab edir. Çünki ona özünü göstərməsi üçün bütün imkanlar yaradılmışdır. Bu diqqət və qayğının nəticəsidir ki, indi Azərbaycan gəncinin səsi dünyanın ən qabaqcıl elm və təhsil ocaqlarından gəlir. Gənclərimiz dünyanın beynəlxalq idman, mədəniyyət tədbirlərində xalqımızı, dövlətimizi layiqincə təmsil edirlər. 
Qeyd olunmuşdur ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Fərmanlar bu istiqamətdə görülən mühüm tədbirlərdəndir. 
M.İsaqov gənclərə qayğının rayon rəhbərliyinin fəaliyyətində də önəmli yer tutduğunu bildirmiş, dövlətə, dövlətçiliyə sadiq olmaları, Azərbaycanın layiqli vətəndaşı kimi fərqlənmələri, həmçinin peşə seçimində dövrün tələblərinə cavab verən ixtisasları seçmələrinə dair tövsiyələrini çatdırmışdır. O, gənclərlə görüşdə irəli sürülən təkliflərin nəzərə alınacağını bildirmişdir. 
Rayonun Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının minnətdarlıqla qarşılandığını qeyd etmişdir. Qubadlı rayon gənclərinin də bu qayğıdan bəhrələndiyini, rayon rəhbərliyinin gənclərə xüsusi diqqət göstərməsinin razılıq doğurduğunu bildirən natiq onların bu qayğı və diqqətə çalışdıqları sahədə qazandıqları nailiyyətlərlə cavab verdiyini vurğulamışdır. Məlumat verilmişdir ki, təkcə keçən il rayonu təmsil edən idmançılar respublika birinciliklərində 48, Avropa çempionatlarında 5, dünya çempionatlarında 5 medal qazanmışlar. Rayon məktəblərinin məzunları sırasından 150-dən artıq gənc ötən il ali məktəb tələbəsi adını qazanmışdır. Hazırda respublikanın ali təhsil müəssisələrində 600-dən artıq qubadlılı gənc təhsil alır. 20-dən artıq gəncimiz xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində elmin sirlərinə yiyələnirlər.
Görüşdə Azərbaycan Milli Aviasiya Akademiyasının tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyevin övladı Cahandar Ərşadlı, rayonun R.Əlirzayev adına Xocahan kənd tam orta məktəbin direktoru Fuad Bədəlov, “Qubadlı” idman klubunun baş məşqçisi Rəhim Abasəliyev, B.Əsgərov adına Xələc kənd tam orta məktəbin müəllimi Lamiyə Səfərova, Rayon İcra Hakimiyyəti başçısının Sarıyataq kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini Xəyyam İsrafilov, YAP Qubadlı rayon təşkilatı gənclər birliyinin sədri Aqil Quliyev və başqaları çıxışlarında onlara göstərilən diqqət və qayğıdan danışmış, təkliflər irəli sürmüşlər. Bildirilmişdir ki, məcburi köçkünlüyün yaratdığı çətinliklərə baxmayaraq, Qubadlı rayon gəncləri hər zaman olduğu kimi, Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı olaraq müdafiə edirlər. 
Qeyd olunmuşdur ki, dövlətimizin gənclər siyasəti Qubadlı rayonunda da yüksək səviyyədə həyata keçirilir. Gənclərə bütün sahələrdə etimad göstərilərək irəli çəkilməsi, gənc nəslin biliklərə yiyələnməsi üçün təhsil müəssisələrinin maddi–texniki bazasının yaxşılaşdırılması yönündə tədbirlər buna dəlalət edir. 
Bu gün Azərbaycanda yaranmış sabitliyi pozmağa cəhd edən müəyyən dairələrin bu cəhdlərini qətiyyətlə pisləyən gənclər bəyan etmişlər ki, belə bədniyyətli qüvvələr öz qarşılarında sağlam gəncliyimizi görəcəklər. 
Görüşdə gənclərin səsləndirdikləri təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.