Neymar "Barselona"ya keçəcək
03 fevral, 2013 22:21
Sports-a istinadən bildirir ki, Sport.es «Barselona» klubunun «Santos»la Neymarın transferi barədə razılığa gəldiyini yazıb.
Sport.es-in məlumatına görə, hər iki klubun rəhbərliyi, həmçinin 20 yaşlı braziliyalının maraqlarını təmsil edən şirkət lazımi razılığa gəliblər, qalıb bircə «Barselona»nın rəsmi təsdiqi.
Gözlənilir ki, Neymar «Kamp Nou»ya iyulun əvvəlində, Braziliyada keçiriləcək Konfederasiya Kuboku bitdikdən sonra gələcək.
Vunderkind oyunçu uğrunda mübarizədə «Barsa»nın əsas rəqibi isə Madridin «Real» klubudur.