XİN rəhbəri: İranın nüvə proqramı üzrə danışıqlar Qazaxıstanda keçiriləcək
03 fevral, 2013 22:03
İran nüvə proqramı üzrə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" qrupu (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) ilə danışıqları fevralın 25-də Qazaxıstanda keçirəcək. İLNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar günü Münhen Təhlükəsizlik Konfransında deyib.
Qeyd edək ki, 2012-ci ildə "altılıq" nümayəndələri və Tehran üç raund (İstanbul, Bağdad və Moskvada) görüş keçiriblər.