Ermənistan prezidentliyinə bütün namizədlər seçkiqabağı tədbirlər proqramını prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd törədilməsi ilə əlaqədar dəyişiblər. Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş naziri Tiqran Sarkisyan jurnalistlərə bildirib.
"Bütün namizədlər insidentlə əlaqədar seçkiqabağı kampaniya çərçivəsində proqramlarını dəyişiblər və müxtəlif görüşləri təxirə salıblar", - Sarkisyan vurğulayıb.
Onun sözlərinə görə, seçkiqabağı prosesin pozulmaması məqsədilə bütün namizədlər üçün zəruri məsləhətləşmələr keçiriləcək və bərabər rəqabət təmin ediləcək.
Baş nazir qeyd edib ki, bərabərlik prinsipinin pozulmaması üçün hər şey ediləcək.
Seçkilərin təxirə salınması ehtimalı məsələsinə toxunan Baş nazir deyib ki, bu kontekstdə Ayrikyanın özünün fikri olduqca önəmlidir.