Naxçıvan Avtomobil Zavodu mikroavtobusların istehsalına başlayıb
02 fevral, 2013 00:28
Naxçıvan Avtomobil Zavodu (NAZ) "Nazlifan LF 6401" kommersiya mikroavtobuslarının istehsalına başlayıb. Bu barədə cümə günü müəssisədən bildiriblər.
Müəssisənin əməkdaşlarının sözlərinə görə, avtomobillərin yükqaldırma qabiliyyəti 800 kiloqram təşkil edir. Mikroavtobus sürücüdən başqa, altı nəfər üçün nəzərdə tutulub.
Yeni modellərin qiyməti təqribən 10,5 min manatdır. İki il və ya 40 min kilometr zəmanəti var.
NAZ-ın tikintisi 2008-ci ildə başlayıb, 2010-cu il yanvarın 11-də isə istismara verilib.