Uruqvayla Azərbaycan arasında diplomatik vizanın aradan qaldırılması ilə bağlı saziş təsdiqlənib
02 fevral, 2013 00:00
Milli Məclis bugünkü iclasında Uruqvayla Azərbaycan arasında diplomatik vizanın aradan qaldırılması ilə bağlı layihə qəbul edib. "Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında" sazişin təsdiq edilməsidir.
Layihə barədə məlumat verən Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, sənəd iki ölkə arasında rəsmi şəxslərin səfərləri, onlar arasındakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar yaradacaq.
Sənəd səsə qoyularaq qəbul olunub.