Xəbərlər

Əli Həsənov: Azərbaycan gəncləri dövlətimizi, millətimizi layiqincə təmsil edəcəklər
02 fevral, 2013 22:26

Azərbaycan Prezidenti İlham Əliyev idmana, gəncliyə, sağlamlığa, əhval-ruhiyyəyə, gözəlliyə diqqət ayırır. bunu 2 fevral - Gənclər günü ilə bağlı "Buta Palace" Sarayında keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"2 fevral - Gənclər gününün təməlini ümummilli liderimiz Heydər Əliyev qoyub. 1997-ci ildə Heydər Əliyevin təsdiq etdiyi gündən başlayaraq hər il Azərbaycanın ən layiqli, Azərbaycan xalqını ölkədə və ölkənin sərhədlərindən kənarda təmsil edən ən istedadlı gəncləri təltif edirik" Həsənov deyib.

Azərbaycan gənclərini təbrik edən PA rəsmisi bildirib ki, qoy onlar bu gün Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin onlara yaratdığı şəraitdən istifadə edərək indiki nəsldən də bir baş yuxarı qalxsınlar.

"Qoy Azərbaycan gəncləri bizdən bir neçə addım irəli getsinlər və dövlətimizi, millətimizi layiqincə təmsil etsinlər. Bu zalda toplanan gəncliyə baxanda adam inanır ki, sözün həqiqi mənasında belə də olacaq və bundan sonrakı nəsil dövlətimizi bizdən daha yaxşı təmsil edəcək" Həsənov qeyd edib.

Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında bildirib ki, Azərbaycan gənc bir dövlətdir və gənclər də bu ölkənin aparıcı qüvvəsidir. O qeyd edib ki, Azərbaycan əhalisinin böyük hissəsini - 66 faizini gənclər təşkil edir. Ölkədə aparılan gənclər siyasətini Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini vurğulayan Rəhimov bildirib ki, dövlət başçısı tərəfindən gənclərin həyatında vacib olan layihələr dəstəklənir.

2012-ci il ərzində Azərbaycan gənclərinin bir çox böyük nailiyyətlər əldə edildiyini qeyd edən Rəhimov 2013-cü ildə də bu uğurların davamının olacağını bildirib.

Tədbirdə ötən il ərzində müxtəlif sahələr üzrə xüsusi fərqlənən gənclər təltif olunub.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.