Pakistanda ECO-ya üzv ölkələrin parlament spikerlərinin iclası keçiriləcək
02 fevral, 2013 21:58
Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin parlament spikerlərinin icalsı keçiriləcək. Bu məqsədlə İran parlamentinin sədri Əli Laricani gələn həftə Pakistana səfər edəcək. "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Şeyxülislam deyib.
Şeyxülislam bildirib ki, iclasda ECO-ya üzv ölkələrin parlament forumunun yaradılması ilə əlaqədar müzakirələr aparılacaq.
Onun sözlərinə görə, üzv ölkələrin parlament sədrlərinin iclası fevralın 11-də keçiriləcək.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İrandan nümayəndələrin iştirakı gözlənilir.