Akim Bədəlov Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri vəzifəsindən azad edildi
02 fevral, 2013 21:16
Prezident İlham Əliyev Akim Bədəl oğlu Bədəlovun Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Bədəlov Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri təyin edilib.