Xəbərlər

Azərbaycanda İnformasiya Texnologiyaları Universiteti yaradılır
02 fevral, 2013 21:08

 

Prezident İlham Əliyev Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-Kommunikasiya Texnologiyaları ili" elan edilməsi haqqında" Azərbaycan Prezidentinin 2013-cü il 16 yanvar tarixli sərəncamına uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universiteti yaradılsın.

Nazirlər Kabinetinə tapşırılıb ki, İnformasiya Texnologiyaları Universitetinin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin; İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutsun; İnformasiya Texnologiyaları Universitetinin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görsün; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Təhsil Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etməli və bu Sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirməlidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.