Xəbərlər

Zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən daha bir məktəb istifadəyə verilib
02 fevral, 2013 21:01

 

Bu gün Qax rayonu Zərnə kəndində Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında inşa edilən 240 şagird yerlik məktəbin açılışı olub. FHN-in rəsmi saytına istinadən məlumat verir ki, açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev məktəbin müasir informasiya texnologiyaları, laboratoriya və digər zəruri texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırıb, eyni zamanda, zəlzələ zamanı bölgədə tam qəzalı vəziyyətə düşən 37 məktəbdən artıq 30-a qədərinin təhvil verildiyini bildirib.

Hacıyev, həmçinin, bölgədə zəlzələlər zamanı fəsadlar əmələ gələn digər evlərə nazirliyin müvafiq komissiyalarının baxış keçirdiyini və yekun rəy üçün sənədlərin hazırlandığını vurğulayıb, zəlzələ nəticəsində evlərinə bərpa rəyi verilmiş sakinlərə kompensasiyaların ödənilməsinin davam etdirildiyini bildirib.

Sonra nazir müavini Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Zərnə kəndində zəlzələ nəticəsində dağılmış və yenidən inşa edilən mənzillərə baxış keçirib, sakinlərin problemləri ilə maraqlanıb.

Həmçinin, nazir müavini Zaqatala rayon rəsmiləri ilə zəlzələdən zərər çəkmiş kəndlərdə yerli əhali ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, şikayətlərini dinləyib, kompensasiyaların ödənilməsi vəziyyəti ilə tanış olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.