Xəbərlər

Gənclər Günü mədəniyyət tədbirləri ilə qeyd ediləcək
01 fevral, 2013 23:40

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 fevral - Gənclər Gününə həsr edilmiş müxtəlif tədbirlər keçiriləcək. Fevralın 1-də nazirliyin və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə "Gəncləşən muğam-4" adlı gənc xanəndələrin konserti təqdim olunacaq. nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, bu il dördüncü dəfə gerçəkləşən konsert xalq artisti, tanınmış xanəndə, professor Mənsum İbrahimov, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.

Muğam gecəsində əməkdar artist, xanəndə Təyyar Bayramov, muğam ifaçıları - Arzu Əliyeva, Elşad Aydınoğlu, Aytən Məhərrəmova, Elnur Zeynalov, Səbinə Ərəbli, Mirələm Mirələmov, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynli, Elgiz Əliyev, Cabir Həsənov, Fizzə Mirzəyeva, Gülay Zeynalova, Zeynal Əhmədov, Humay Məmmədova, Nəzər Bəylərov, Aksana Aslanova, Xəyalə Abdullayeva, Vüqar Musayev, Rəvanə Ərəbova, Ariz Hüseynov, Kamilə Babayeva, Hüseyn Məlikzadə, Valid Abdullayev, Səadət Cavadova, Səfər İdrisov, Səfa Məmmədov, Nuran Namazov, Tuqay İsmayılov, İntizam Qasımov, Ramiz Bayramov, Məhəbbət Səfərov, Vüsal Cəfərov, Mirpaşa Şükürov, Əli Hacızadə çıxış edəcəklər.

Fevralın 6-da Caz Mərkəzində təşkil olunacaq konsertdə isə gənc musiqiçilərdən Elvin Məmmədzadə (piano), Allahyar Vəzirov (vibrafon) Həsən Bədəlov (zərb alətləri), Teymur Bulatov (truba), İgid Siner (gitara), Azad Qurbanov (truba), Dəyanət Məmmədov (trombon), Etibar Əsədli (piano), Nərminə İsmayılova (saksafon) solo və birgə musiqi nömrələri təqdim edəcəklər.

Gənclər Günü münasibətilə daha bir konsert fevralın 8-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Həmin gün Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri maraqlı proqramla çıxış edəcək. Konsertin dirijoru Fəxrəddin Kərimovdur. Proqramda gənc bəstəkarlardan Pikə Axundovanın "Simfoniya No.2", Cəmilə İsmayılovanın "Xəzər" simfonik lövhəsi, Azər Hacıəsgərlinin "Skripka və orkestr üçün konsert"i, Eldar Məmmədlinin "Dastan" simfonik poeması, Ülkər Məmmədlinin "Qarabağ uğrunda" simfonik poeması səsləndiriləcək.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.