"Paşa Həyat" bölgələrdə filial şəbəkəsinin genişləndirilməsinə istiqamət alıb
01 fevral, 2013 23:22
"Paşa Həyat" həyat sığortası şirkəti ölkənin bölgələrində filial şəbəkəsi və nümayəndəliklərinin genişləndirilməsinə istiqamət alıb. bu barədə cümə günü şirkətin Risklərin idarə edilməsi şöbəsinin müdiri Pərviz Quliyev mətbuat konfransında deyib.
"Bu ilin sonunadək bölgələrdə dörd filial və nümayəndəlik açmağı planlaşdırırıq", - Quliyev qeyd edib.
Onun sözlərinə görə, şirkət hər bir filial və nümayəndəliyinin ətrafında sığorta agentləri şəbəkəsini genişləndirməyi planlaşdırır.
Hazırda şirkətin Azərbaycanda bir filialı Sumqayıt şəhərində fəaliyyət göstərir.