Xəbərlər

Azərbaycan ilə İranın ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədədir
31 yanvar, 2013 21:18

Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 31-də İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşmüşdür. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, F.Məmmədov Azərbaycan ilə İran arasındakı dostluq və səmərəli əməkdaşlığın dərin tarixi kökləri olduğunu vurğulamış, bu əlaqələrin inkişafında ulu öndərimizin müstəsna rolunu qeyd etmiş, ikitərəfli münasibətlərə dövlətimizin başçısı İlham Əliyevin xüsusi önəm verdiyini və prezidentlərin səfərlərinin qarşılıqlı fəaliyyətin dərinləşməsinə güclü təkan olduğunu bildirmişdir.
Ölkələrimizin zəngin müqavilə bazasına söykənən müxtəlif sahələrdə, o cümlədən hüquqi əlaqələri qeyd edilmiş, respublikamızda ədliyyə sistemində aparılan islahatlardan danışılaraq əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.
Dövlətlərimiz arasında münasibətlərin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərini məmnunluqla xatırladan səfir ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulamış, iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd etmiş, hüquqi əməkdaşlığımızın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləmişdir. 
Görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, penitensiar müəssisələrdə tibbi yardımın təşkilinə dair Azərbaycanın təcrübəsinə maraq göstərilmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.