Xəbərlər

NATO Dəstək Agentliyi Bakıda məlumatlandırma simpoziumunun keçirilməsini təklif edir
31 yanvar, 2013 21:11

 

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Xəzər İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti NATO Dəstək Agentliyinin (NSPA) - keçmiş NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyinin (NAMSA) Lüksemburqda yerləşən Baş Qərargahına səfər edib.

Nümayəndəlikdən verilən məlumata görə, səfər zamanı NSPA-nın baş meneceri Mayk Liden ilə görüş keçirilib və NSPA ekspertləri ilə hazırkı əməkdaşlığın inkişafı və yeni imkanlar üzrə təfərrüatlı müzakirələr aparılıb. NSPA mütəxəssisləri tərəfindən bu qurumun strukturu, funksiyaları, onun loqistik əməliyyatları və Əfqanıstanda fəaliyyəti barədə brifinqlər verilib.

Həmçinin, görüşlər zamanı NSPA ilə ölkəmiz arasında həyata keçirilmiş "Melanj" və "Saloğlu" layihələrinin uğurlarına söykənən Ceyrançöl Etimad Fondu layihəsinin gedişatı barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər sonuncu layihənin müvəffəqiyyətlə davam etdiyini və layihənin birinci mərhələsinin gələn ilin may ayında müvəffəqiyyətlə bitəcəyinə ümid etdiklərini bildiriblər.

Etimad Fondları ilə yanaşı, digər sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub. Bu məqsədlə NSPA tərəfi ölkəmizə bu ilin ikinci yarısında Bakıda NSPA-nın məlumatlandırma simpoziumunun keçirilməsini təklif edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.