Türkiyə parlamenti Azərbaycan ilə arxivlər sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib
31 yanvar, 2013 20:50
Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsi Azərbaycan ilə arxivlər sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. Bu barədə cümə axşamı Türkiyə KİV-ə istinadən məlumat verir.
Komitə Azərbaycan ilə sazişdən başqa, Türkmənistanla arxivlər sahəsində, Sinqapurla isə səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişləri ratifikasiya edib.