"Patriot" ZRK-nın hissələri Türkiyədə təyinat məntəqəsinə göndərilib
31 yanvar, 2013 20:40
"Patriot" zenit-raket kompleksinin (ZRK) hissələri İsgəndərun limanından Türkiyənin Qaziantep əyalətindəki təyinat məntəqəsinə göndərilib. Bu barəde cümə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir.
Daha əvvəl İsgəndərunda "Alliance Charleston" yük gəmisindən boşaldılan "Patriot" elementləri 70-ə yaxın maşınla Qaziantep şəhərinə göndərilib.