Bakıda 5200-dən çox insanı heyvan dişləyib
31 yanvar, 2013 20:34
Ötən il Bakıda 5258 nəfəri heyvan dişləyib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən cümə axşamı verilən məlumata görə, ötən il Bakıda qeydə alınmış heyvan dişləmələrinin ən coxu itlər tərəfindən törədilib. Ötən il baş vermiş bütün heyvan dişləmələrinin 3989-u itlər tərəfindən edilib. İt dişləməsinin 1172-si sahibsiz heyvanlar tərəfindən edilib.
Ötən il ərzində 259-u naməlum olmaqla, 706 pişik, 460 siçovul dişləməsi baş verib. Heyvan dişləmələrinin 103-ü digər heyvanlar (at, eşşək, inək və s.) tərəfindən edilib.
İt dişləmələri Bakının Xəzər, Binəqədi və Suraxanı rayonlarında daha çox baş verir.
Qeyd edək ki, 2010-cu ildə Bakıda 4501, 2011-ci ildə isə 5752 heyvan dişləməsi qeydə alınıb.