Xəbərlər

Azərbaycanda gənc alimlərin yaş kateqoriyası müəyyənləşəcək
31 yanvar, 2013 20:11

Azərbaycanda "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişiklər ediləcək.bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fevral və mart aylarında nazirliyin hazırladığı yeni təkliflər Milli Məclisin müvafiq komitəsinə təqdim ediləcək.

"Bu qanun 2002-ci ildə qəbul olunub. Onun yenilənməsinə ehtiyac var. 2007-ci ildə qanuna müəyyən əlavə və düzəlişlər edilib. Qanunda "gənc alim" məfhumu ayrıca qeyd ediləcək. İstəyirik ki, gənc alim ayrıca yaş kateqoriyası kimi qeyd edilsin və 40 yaşa qədər alimlər bura şamil olunsun. Qanunda gənclər üçün sosial xidmət müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı müəyyən bəndlər salınacaq", - Babayev bildirib.

O, deyib ki, GİN Azərbaycan İpoteka Fondu ilə birlikdə ötən il sosial ipotekaya güzəştlərlə bağlı əlavə və düzəlişlər etmək haqqında təkliflər paketi təqdim edib.

"Yaxın zamanlarda qanunda bu düzəlişlər öz əksini tapacaq. Hazırda Nazirlər Kabineti vasitəsilə aidiyyəti dövlət qurumları tərəfindən razılaşma prosesi aparılır", - nazir müavini bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.