Xəbərlər

“AccessBank” "Karyera məktəbi" layihəsini reallaşdırmağa başlayıb
31 yanvar, 2013 20:09

 

19 yanvar 2013-cü il tarixində AccessBank QSC-nin "Natavan" filialı "Qarant Sığorta" şirkətinin dəstəyi ilə gənclər üçün "Karyera məktəbi" adlı layihəyə start verib. bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Layihə çərçivəsində AccessBank-ın işə qəbul üçün elan etdiyi müsabiqənin test imtahanı mərhələsində yüksək nəticələr əldə edən, amma bununla belə müsahibədən keçməyə müvəffəq olmayan namizədlər üçün treninq keçirilib.

Treninqdə "Karyeranın planlaşdırılması və inkişafı", "CV-nin düzgün tərtib edilməsi", "İşə qəbul üçün müsahibədə uğurlu təqdimatın əsasları", "İş axtarışı" və sair bu kimi mövzuları əhatə edən mühazirələr oxundu. 7 gün ərzində AccessBank tərəfindən dəvət olunana təcrübəli mütəxəssislər öz biliklərini iştirakçılarla bölüşdülər. Mühazirələr tanınmış ekspertlər, Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, Sosial və Psixoloji araşdırmalar Mərkəzinin rəhbəri Əhəd Kazımov tərəfindən təqdim olundu. Həmçinin, treninqdə təlimçi qismində "Qarant Sığorta" şirkətinin və AccesBank-ın departament rəhbərləri çıxış edərək öz uğur formulalarını gənclərlə paylaşdılar.

Tədbir iştirakçıları, təşkilatçılara öz təşəkkürlərini bildirməklə yanaşı, treninq ərzində bir çox faydalı səriştələrə yiyələndiklərini dedilər. Gənclər aksiyanı şərh edərək, bu kimi layihələrin gələcəkdə regionlarda da keçirilməsini və daha çox şirkətin bu estafetə cəlb olunmasını arzuladılar.

Qeyd edək ki, layihə "Qarant Sığorta" şirkətinin dəstəyi ilə keçirildi və seminarda 3 ən fəal iştirak edən gənc üçün "Qarant Sığorta" şirkətində 1 aylıq iş təcrübəsi qazanmaq imkanı yaradıldı. Treninqlərin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olundu.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.