Xəbərlər

"Bank of Baku" arayışsız “Bolkart”ın tətbiqini genişləndirir
31 yanvar, 2013 20:03

 

Azərbaycanın ən geniş yayılmış kredit kartı olan Bolkart-ın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin toplam sayı bu günlərdə 500-ü aşıb.  bu barədə "Bank of Baku" ASC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Bununla əlaqədar "Bank of Baku" xüsusi "Sevdiyin brendlər Bolkartla" promo aksiyasına start verir. Aksiya çərçivəsində eyni zamanda Bolkart-ın daha geniş təbəqəyə yayılması nəzərdə tutulub. Beləliklə dəyişdirilmiş şərtlərə görə artıq arayışsız Bolkart-ı təkcə ticarət mərkəzlərindəki xüsusi stendlərdən yox, "Bank of Baku"-nun bütün filiallarından əldə etmək mümkün olacaq.

Eyni zamanda qeyd etmək lazımdır ki, regional inkişaf layihəsi çərçivəsində təkcə Bakıda yox, bölgələrdə də nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Bolkart-ın keçərli olduğu mağazalar sırasına Sumqayıt, Lənkəran və Gəncədə yerləşən mağazalar da əlavə edilib.

Beləliklə, indi Bolkart-la ölkəmizin 500-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq olar.

Bu günlərdə isə Bolkart əldə edən şəxslərin sayı 55.000-ə yaxınlaşıb. Bolkart-ın maksimal balansı isə 3.000 manatdan 5.000 manata qədər artırılıb. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də "Bank of Baku"-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

Bolkart-ın üstünlükləri ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.