Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.
Bakıda gecə 1-3 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 90-95 faiz, gündüz 70-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7 dərəcə, bəzi yerlərdə 14-18 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında, əsasən, gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlarda qar yağacağı gözlənilir.
Temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.