Xəbərlər

"Fitch" "Kapital Bank" və "Paşa Bank"ın reytinqlərini təsdiq edib
30 yanvar, 2013 22:24

 

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Kapital Bank"ın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla "B+" səviyyəsində təsdiq edib. bu barədə çərşənbə günü agentliyin yaydığı məlumatda deyilir.

Xarici valyutada qısamüddətli EDR "B" səviyyəsində, davamlılıq reytinqi "b-" səviyyəsində, dəstək reytinqi "4" səviyyəsində, uzunmüddətli EDR-in dəstək səviyyəsi isə "B+" səviyyəsində təsdiq edilib.

"Kapital Bank"ın uzunmüddətli və qısamüddətli EDR-i, onun dəstək reytinqi və uzunmüddətli EDR-in dəstək səviyyəsi ehtiyac yarandığı zaman bankın Azərbaycan hökumətindən dəstək alması potensialını əks etdirir.

"Bankın davamlılıq reytinqi məhdud kommersiya müştəri bazası, uzun müddət ərzində zəif fəaliyyət göstəriciləri, aktivlərin zəif keyfiyyəti, kapitala təzyiq və əlaqəli tərəflərin kreditləşdirilməsinin əhəmiyətli səviyyəsini əks etdirir. Bank fondaşdırmanı, əsasən, müştəri hesabları (2012-cü ilin sonuna görə 42 faiz) və dövlət agentlərindən borclanma (2012-cü ilin sonuna görə 57 faiz) hesabına əldə edir", - məlumatda deyilir.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi, həmçinin "Paşa Bank"ın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla "B+" səviyyəsində təsdiq edib.

Xarici valyutada qısamüddətli EDR "B" səviyyəsində, davamlılıq reytinqi "b+" səviyyəsində, dəstək reytinqi "5" səviyyəsində, uzunmüddətli EDR-in dəstək səviyyəsi "dəstək səviyyəsi yoxdur" kimi təsdiq edilib.

"Paşa Bank"ın reytinqlərinin təsdiqi sonuncu dəfə - 2012-ci ilin sentyabrında baxıldıqdan bu günədək bankda risklər strukturunun qismən dəyişməsini əks etdirir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.