Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak edəcək
30 yanvar, 2013 21:30
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 31-də Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya səfər edəcək. bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.
Onun sözlərinə görə, konfrans zamanı Məmmədyarovun çıxış edəcəyi, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.