Xəbərlər

Yaponiyanın xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub
30 yanvar, 2013 21:23

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, nazir Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu bildirib, ikitərəfli siyasi münasibətlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və iqtisadi sahədə, xüsusilə də enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın aparıldığını vurğulayıb. O, həmçinin, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, irriqasiya sistemlərinin idarə olunması kimi sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd edib. Humanitar, təhsil və mədəniyyət sahələrində ikitərəfli təmasların artırılmasının münasibətlərə töhfə verəcəyini nəzərə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Yaponiya nümayəndə heyətinə məlumat verən Məmmədyarov bildirib ki, Ermənistanın işğalçı siyasəti və sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqeyi regionda sülh və sabitliyin bərqərar olmasına imkan vermir və Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə təşkil edir.

Hikihara ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib və iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Yaponiyalı qonaq əlaqələrin genişləndirilməsi üçün iki ölkənin işgüzar dairələri arasında təmasların artırılmasının, təcrübə mübadiləsinin aparılmasının və yeni əməkdaşlıq sahələrinin müəyyən olunmasının vacibliyini qeyd edib. Xüsisi nümayəndə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bildirib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə tərəfdardır.

Görüşün sonunda Məmmədyarov Yaponiyanın xarici işlər nazirini ölkəmizə səfər etməyə dəvət edib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.