Xəbərlər

Ötən il Mətbuat Şurasına 700-ə yaxın müraciət daxil olub
30 yanvar, 2013 21:08

 

Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

Şuradan  verlən məlumata görə, yanvarın 31-də MŞ-də qurumun 2012-ci ildə gördüyü işlərə dair hesabatı ictimaiyyətə təqdim ediləcək. Məsələ ilə bağlı qərar bu gün İdarə Heyətinin iclasında qəbul edilib. İclasda müzakirə edilən başlıca məsələ də Şuranın 2012-ci ildə gördüyü işlər olub.

Əsas diqqətin MŞ-nin prosedur fəaliyyətinə uyğun olaraq şikayətlərin araşdırılması və qərarların qəbuluna yönəldiyi hesabat mətnində mühüm istiqamətlərdən birini də "reket jurnalistika"ya qarşı mübarizə tədbirləri təşkil edib. Məlumat verilib ki, ötən il Şuraya ümumilikdə 685 müraciət daxil olub ki, onlardan 501-ni KİV materiallarından şikayətlər təşkil edib. Qurum şikayətləri əsas tutaraq ümumilikdə 27 qərar çıxarıb.

Bundan başqa, Şura 2012-ci ildə diffamasiya təşəbbüsləri ilə də çıxış edib, jurnalist huquqlarının qorunması ilə bağlı fəaliyyət göstərib, müxtəlif məsələlərə dair konfrans, seminar və "dəyirmi masa"lar keçirib. İclasda bütün bunlarla və digər istiqamətlərlə əlaqədar konkret statistika təqdim olunub. Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

Tədbirdə müzakirə olunan ikinci məsələ MŞ-nin 2013-cü il üçün iş planı olub. Mövcud istiqamətdəki diskussiyaların gedişində vurğulanıb ki, yeni köşklərdə qəzet satışının vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlərin intensivləşdirilməsinə ehtiyac var. İH üzvləri "reket jurnalistika"ya qarşı mübarizənin də gücləndirilməsinə xüsusi diqqətin yetirilməli olduğunu vurğulayıblar.

Müzakirə edilən növbəti məsələ kütləvi informasiya vasitələrinin iqtisadi imkanlarının artırılması yollarına, o cümlədən KİV-də reklamların yerləşdirilməsi mexanizminə dair olub.

İclasda bildirilib ki, 2013-cü il seçki ili olduğundan siyasi həyatda aktivliyin müşahidə olunması gözlənilir. Bu xüsusda kütləvi aksiyalar zamanı jurnalist təhlükəsizliyi məsələsinə həssas yanaşılmalıdır. Qeyd edilib ki, mövcud istiqamətdəki fəaliyyətdə başlıca prinsip peşə vəzifəsini yerinə yetirən jurnalistlərin hər hansı maneə ilə üzləşməmələridir. Prosesləri işıqlandıran KİV nümayəndələrinə hər cür şərait yaradılmalıdır. Həmçinin, jurnalistlərin ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə, məsələ ilə əlaqədar zəruri tövsiyələrin verilməsi üçün müvafiq toplantıların təşkilinə ehtiyac var. Bunun üçün bütün zəruri imkanlardan istifadə edilməlidir. Mətbuat Şurasının monitorinq qrupu isə aksiyalardakı fəaliyyətini daha da intensivləşdirməlidir.

İclasda ümumən "İnformasiya əldə etmək haqqında" qanundan, habelə informasiya işini nəzərdə tutan digər yerli və beynəlxalq aktlardan irəli gələn vəzifələrin reallaşdırılmasına, ayrı-ayrı praktik situasiyaların daha dərindən çatdırılmasına dəstək məqsədilə jurnalistlər üçün treninq-məşğələlərin təşkili məqsədəuyğun sayılıb.

Qeyd edilən məsələlər iş planına əlavə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.