Xəbərlər

Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq planı imzalandı
30 yanvar, 2013 21:03

 

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib.

 Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşə Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Tariq Qafur rəhbərlik edib.

Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşündə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın qarşılıqlı fayda verəcəyi vurğulanıb, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşün gündəliyinə çıxarılan mövzular üzrə müzakirələrin yekununda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2013-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.