Xəbərlər

Azərbaycanda ilk dəfə kart olmadan bankomatdan nağd pul çıxarmaq mümkün oldu
30 yanvar, 2013 20:46

 

Azərbaycanda ilk dəfə olaraq, "AzeriCard" prosessinq mərkəzi kart olmadan mobil telefon vasitəsilə bankomatdan nağd vəsaiti əldə etmək imkanını təqdim edir. Bu yenilik "MobilBank" xidmətinin istifadəçiləri üçün yaradılıb.

Azərbaycan Beynəlxalq Bankından verilən məlumata görə, bu xidmət vasitəsilə "MobilBank" istifadəçiləri kart hesablarından istənilən məbləğdə və valyutada kartı olmayan şəxslərə nağd pul göndərə və ya plastik kartları yanlarında olmadığı təqdirdə bankomatdan nağd pul çıxara bilərlər. Xidmətdən istifadə etmək üçün kart sahibi "MobilBank" sisteminə daxil olaraq əsas menyuda "Cash by Code" seçir, məbləği və valyutanı daxil edir. Sistem xüsusi kod yaradaraq onu telefonun ekranında əks etdirir. Əgər kart sahibi həmin vəsaiti kiməsə göndərmək istəyirsə, onda o kodu SMS vasitəsilə, ya da başqa üsulla pulu göndərdiyi şəxsə çatdırır və ya kart sahibi özü həmin kod vasitəsilə nağd pulu bankomatdan əldə edir. Kod ilə vəsaiti almaq üçün göndərilən vəsaitin məbləğini və valyutasını bankomata daxil etmək lazımdır.

Qeyd edək ki, göstərilən xidmət Azərbaycanda ilk dəfə olaraq "AzeriCard" prosessinq mərkəzinin "Mobile Wallet" layihəsi çərçivəsində həyata keçirilir. Həmin layihə hazırda mobil telefon vasitəsilə həyata keçirilə bilən kommunal ödənişlər, balansın öyrənilməsi, hesabatın çıxarışı, kartın bloklaşdırılması, kartdan karta köçürmələr, kartsız bankomatdan nağd pulun çıxarılması (Cash by Code) funksiyalarına əlavə olaraq, ticarət və xidmət məntəqələrində mobil telefon vasitəsilə kartsız ödəmənin tətbiq edilməsini nəzərdə tutur. Bu layihə üzrə müvafiq işlər görülməkdədir.

"MobilBank" xidmətinə qoşulmaq üçün JAVA MIDP 2.0 və JAVA BIS (yalnız BBM-ə qoşulmuş BlackBerry telefonları) platformalı mobil telefonlardan istifadə edən hər kəs www.azericard.com/?p=13 linkə, Android və iOS platformalı mobil telefonlardan istifadə edən şəxslər isə Google Play və Apple Store-a daxil ola bilərlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.