Xəbərlər

Azərbaycan Milli İncəsənət Muzeyində Gənclər Gününə həsr edilmiş fotosərgi keçiriləcəkdir
30 yanvar, 2013 14:52

Fevralın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Gənclər Gününə həsr edilmiş “Bir gəncin gözü ilə Kipr”adlı fotosərgi keçiriləcəkdir.
Azərbaycan Milli İncəsənət Muzeyindən  bildirmişlər ki, sərgidə hazırda Şimali Kiprin Doğu Akdeniz Universitetinin biznesin idarə edilməsi fakültəsində təhsil alan İsmayıl Mahmudovun fotoşəkilləri nümayiş olunacaqdır. 
Sərgi Azərbaycan – Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunacaqdır. 
Ötən ildən il fəaliyyətə başlayan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin əsas məqsədi Şimali Kiprdə yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar arasında əlaqələrin yaradılması və eyni zamanda, Azərbaycanın mədəniyyətini, folklorunu, milli adət-ənənələrini, tarixi abidələrini təbliğ etməkdən, ölkəmizin və Şimali Kiprin ali təhsil ocaqlarında təhsil alan gənclərin əməkdaşlığının genişləndirilməsinə yardım göstərməkdən ibarətdir. 
Belə gənclərdən biri olan İsmayıl Mahmudovun Şimali Kiprə aid çəkdiyi rəsmlər Cəmiyyət tərəfindən yüksək səviyyədə hazırlanaraq sərgi formasına salınmışdır.
İsmayıl Mahmudov 1994-cü il iyulun 16-da Gürcüstanın Marneuli şəhərində anadan olmuş, 2011-ci ildə Bakı şəhərinin Xətai rayonundakı 58 nömrəli orta məktəbi bitirmişdir. O, ötən il Doğu Akdeniz Universitetinə daxil olmuşdur. 
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin ilk layihəsi olan “Bir gəncin gözü ilə Kipr” adlı sərginin bu il mayın 28-də Belçikada, iyun ayında Moskvada və Sankt-Peterburqda, iyulda isə Fransada keçirilməsi nəzərdə tutulmuşdur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.