Xəbərlər

Fevral ayında Azərbaycanda hava necə olacaq?
30 yanvar, 2013 14:41

Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, lakin ikinci ongünlükdə temperaturun normadan bir qədər aşağı enəcəyi gözlənilir. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində qeyri-sabit, yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 4-9 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcəyi gözlənilir.

Gündüzlər ayın birinci yarısında temperatur 4-9, ayın ikinci yarısında 2-6 dərəcə isti, bəzi günlərdə isə 0-2 dərəcə şaxta olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr temperatur 4-9, ikinci ongünlüyün ayrı-ayrı günlərində 12-17 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər 1-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 3-8, ikinci ongünlüyün ayrı-ayrı günlərində 10-15 dərəcə şaxta təşkil edəcək.
Gündüzlər 0-5 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 1-6 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2-5 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər 3-8 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 6-11 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 2-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər 5-10 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 1-5 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-2 dərəcə şaxta, dağlarda 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Gündüzlər havanın temperaturu 5-10 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-3 dərəcə isti təşkil edəcək.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 44-105 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.