Xəbərlər

Ali liderin müşaviri: İranda prezident seçkiləri öncəsi vəziyyət qeyri-stabildir
30 yanvar, 2013 14:30

 

Hazırda İranda vəziyyət qeyri-sabitdir. Bunu İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə xüsusi müşaviri Əli Əkbər Vilayəti deyib. bu barədə çərşənbə günü Mehr agentliyi yazıb.

"Qarşıdakı prezident seçkiləri ərəfəsində mühafizəkarlar istənilən mübahisəli addımdan qaçmalıdırlar", - Vilayəti bildirib və əlavə edib ki, seçkilərin ikinci turunun keçirilməsinə ehtiyac olmaması daha məqsədəuyğun olardı, çünki bu, iğtişaşlarla nəticələnə bilər.

İranda növbəti prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.

İranın keçmiş xarici işlər naziri Vilayəti habelə ölkənin bir sıra siyasi xadimlərinin bəhs etdikləri "azad seçkilər" mövzusuna da toxunub.

"Onlar azad seçkilər haqqında danışmaqla hətta başlamazdan əvvəl seçkilərin legitimliyini şübhə altında qoyurlar", - o deyib.

Vilayətinin sözlərinə görə, bu, mühafizəkarlar arasında birlik məsələsidir.

"Onların dairələrində intriqa var, lakin onlar bütün fikir ayrılıqlarını unutmalıdırlar", - o əlavə edib.

Koalisiyanın üç nümayəndəsi haqqında danışan Vilayəti bildirib ki, koalisiyanın hədəfi qarşıdakı seçkilərə layiqli namizədin seçimidir.

"Biz partiyalar deyil, adamlara tərəfdar çıxırıq. Əgər Konstitusiyaya inanan, ali liderə etibar edən, islama tərəfdar olan və Respublikaya inanan namizəd varsa, onda biz koalisiyadan olub-olmamasından asılı olmayaraq onu dəstəkləyəcəyik", - müşavir bildirib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.