Xəbərlər

“PAŞA Bank” MDB-də “SWIFT Watch BI” vasitəsini tətbiq edən ilk bank olub
30 yanvar, 2013 13:12

 

MDB-nin iştirakçı ölkələri ərazisində yeni "SWIFT Watch BI" analitik vasitəsinin ilk istifadəçisi Azərbaycanın ən iri banklarından biri - "PAŞA Bank" olub. bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

"SWIFT Watch BI" analitik vasitəsi banka mövcud dəyişikliklər, rəqib bankların bazarda tutduğu pay, eləcə də, bazardakı ümumi payı barədə informasiya ilə operativ şəkildə tanış olmaq imkanı verir. Bu vasitənin tətbiqi yalnız yerli bazarın və bankın bu bazarda biznes sahəsinin inkişaf tendensiyalarının obyektiv mənzərəsini yaratmaq üçün deyil, fərqli zaman perspektivlərində biznesin inkişaf istiqamətlərinin başlıca xüsusiyyətlərinin tənzimlənməsinin planlaşdırılması məqsədi ilə informasiyaya yiyələnmək üçün də zəruridir.

PAŞA Bank-ın İdarə Heyətinin üzvü, Əməliyyatlar üzrə baş inzibatçı Emil Hacıyevin sözlərinə görə, bankın qarşısında müasir analitik vasitələrin istifadə olunması məqsədi durub ki, hazırda bu məqsədə mərhələli şəkildə nail olunur. "İstifadənin daha bir üstünlüyü SWIFT-in məsləhətçisi Qertyan van Boçovenin (Geertjan van Bochove), çox qiymətli tövsiyələrindən bəhrələnmə imkanı olmuşdur. Komandamızın gənc olmasını nəzərə alaraq, bu təcrübəli mütəxəssisin təqdimatı bizə sadəcə dar çərçivədə konkret alətlə tanışlıq baxımından deyil, sözün daha geniş mənasında - bu növ analitik vasitələrə bir sıra yanaşma üsulları ilə tanışlıq baxımından da bizə çox yardım etmişdir"- deyə, PAŞA Bank-ın nümayəndəsi fikrini yekunlaşdırıb.

"PAŞA Bank" 2007-ci ilin iyun ayında təşkil edilib və Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. PAŞA Bankın strateji vəzifəsi korporativ sektora xidmət etməkdir. Bankın əsas məqsədi - strategiyadan irəli gələn prioritet istiqamətlər üzrə biznesin keyfiyyətli inkişafı, eləcə də uzunmüddətli və etibarlı münasibətlər yaratmaq və inkişaf etdirməkdir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.