Xəbərlər

BP: Xəzərdə iri neft-qaz layihələrinin operatorunun ətraf mühitin mühafizəsinə dair ciddi prosedurları
29 yanvar, 2013 21:33

 

BP şirkətinin (Azərbaycanda neft-qaz hasilatı üzrə iri layihələrin operatoru) sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə beynəlxalq standartlara uyğun ciddi proses və prosedurları var. Bu barədə çərşənbə axşamı şirkətdən bildiriblər.

Son günlər İranın rəsmi şəxsləri guya Azərbaycanın Xəzər dənizini neftlə çirkələndirməsi ilə əlaqədar iddia qaldırılması imkanları haqqında bəyanatlarla çıxış edirlər.

Xəzərin Azərbaycan sektorunda neft və qaz hasilatı üzrə iri layihələr "Azəri-Çıraq-Günəşli" yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsidir. Bu layihələrin operatorları BP-dir.

"Biz Xəzər dənizində məsuliyyətli operatoruq, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə beynəlxalq standartlara uyğun ciddi proses və prosedurlarımız var. Bunlara həyata keçirilən bütün layihələr üzrə ətraf mühitə təsirin qiymətləndirmələri, əməliyyatlar və ətraf mühit üzrə ciddi monitorinq proqramları, qabaqlayıcı tədbirlər və nəzarət tədbirləri, o cümlədən neft sızmalarına qarşı tədbirlər planları daxildir. Bizim, həmçinin Ekilogiya və Təbii Sərvətlər Nazirliyinə və digər nəzarət orqanlarına ətraf mühit üzrə hesabatlarımızın təqdim olunması və aidiyyəti təşkilatlara hər hansı planlaşdırılmamış material dağılması haqqında məlumatların verilməsini tənzimləyən razılaşdırılmış proseslərimiz var. Biz öz əməliyyatlarımızın etibarlılığını daim yaxşılaşdırmaq və ətraf mühitin təhlükəsizliyini təmin etmək istiqamətində Azərbaycan hökuməti ilə sıx işləyirik və gələcəkdə də bu cür işləməkdə davam edəcəyik", - şirkətdən bildiriblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.